Keçmiş ingilis futbolçu Qari Lineker Avropa çempionatının gedişində Fransada iğtişaş yaradan rus azarkeşləri təhqir edib.
Korner.az-ın məlumatına görə, hazırda BBC-də idman şərhçisi kimi fəaliyyət göstərən Lineker bunu şəxsi tvitter səhifəsində yazıb.
Marseldə baş verən kütləvi dava-dalaşdan sonra UEFA tərəfindən ciddi xəbərdarlıq alan ruslara əgər bir də bu cür hərəkətlərə yol versələr, milli komandalarını birincilikdən qovmaqla hədələyib.
Bu barədə paylaşım edən Lineker “Ümid edirəm ki, UEFA-nın qərarı bu heyvanları bir az sakitləşdirər” deyib.
