Məşhur futbolçu rəsmən Yaponiya klubunda
02.12.2018 , 17:17

“Nyu-York Siti”nin futbolçusu David Vilyanın “Vissel Kobe”yə keçidi rəsmiləşb.
36 yaşlı hücumçu ilə müqavilə imzalanıb. Müqavilənin detalları barədə məlumat verilməyib.
Qeyd edək ki, D.Vilya yanvarın 1-dən “Vissel Kobe”də oynayacaq. Yaponiya təmsilçisində hazırda “Barselona”nın sabiq futbolçusu Andres İnyesta və almaniyalı hücumçu Lukas Podolski çıxış edir.
