İtaliya və İngiltərədə qalmaqalları ilə diqqət mərkəzinə düşən Mario Balotlli indi də sevgi macərası ilə gündəmə gəlib.
Korner.az-ın məlumatına görə, "Mançester Siti"nin hücumçusu ondan hamilə qalan köhnə sevgilisi Rafaello Ficco və özü üçün İtaliyanın Breşiya şəhərndə lüks bir ev inşa etdirdi. Bu ilin əvvəlində aralarında baş verən problem səbəbindən ayrılan Ficcodan ayrılan Balotelli uşağının anası ilə birgə yaşamaq üçün 750 min sterlin təşkil edən bir ev inşa etdirib.
Evin dizaynını məşhur bir memara həvalə edən Balotelli hər otaqda böyük bir güzgünün olmasını istəyib.
