Keçmiş futbolçu, vaxtı ilə “Zenit” və “Reyncers” kimi tanınmış klubların formasını geymiş 37 yaşlı Fernando Riksen şok açıqlama verib.
Korner.az-ın məlumatına görə, Riksen həkimlərin ona ölüm diaqnozu qoyduqlarını bildirib.
37 yaşlı sabiq futbolçunun neyronlarında problem var və bu iflicə gətirib çıxarır.
Həkimlər futbolçunun nə qədər yaşayacağı barədə dəqiq məlumat verməyiblər. Lakin praktikaya görə, bu sağalmaz xəstəliyə düçar olan insanlar 3-5 il ərzində dünyasını dəyişirlər.
Əlavə edək ki, bu yay futbolçu karyerasını bitirən Riksen hazırda son olaraq çıxış etdiyi “Fortuna Sittard” klubunda məşqçi kimi çalışır.