İngiltərənin futbol üzrə milli komandasının keçmiş kapitanı Devid Bekhem avtomobil qəzası keçirib.
Korner.az-ın məlumatına əsasən, qəza zamanı 15 yaşlı oğlu da Devidlə birgə olub.
Qəza Devid oğlunu futbol məşqindən evə apararkən baş verib.
Hadisə zamanı onlardan heç biri xəsarət almayıb.
