Məşhur futbolçu millidəki karyerasını başa vurdu
17.07.2018 , 12:25

İngiltərə Çempionşip təmsilçisi “Milluoll”un yarımmüdafiəçisi Tim Kehill Avstraliya millisindəki karyerasını başa vurub
Bu barədə 38 yaşlı oyunçu özünün “Tvitter” hesabında yazıb. T.Kehill yığmadakı karyerası ərzində ona dəstək olan hər kəsə təşəkkür edib.
Qeyd edək ki, T.Kehill Avstraliya yığması ilə 107 matçda 50 qol vurub.
