Məşhur futbolçu karyerasını bitirdi – 37 yaşında
10.10.2018 , 18:22

Argentina millisinin sabiq üzvü Nikolas Burdisso futbolçu karyerasını başa vurub
Bu barədə “İnter”, “Roma” və “Boka Xuniors” kimi klublarda oynamış 37 yaşlı müdafiəçi özü məlumat verib. O, şəxsi “İnstaqram” hesabında yazıb:
Реклама 18
“Bu gün, debütümdən 19 il sonra futbolçu karyeramı başa vurmaqla bağlı qərarımı açıqlayıram. Bu yolda məni dəstəkləyən hamıya – Allaha, ailəmə, yoldaşlarıma, komandama, məşqçilərimə və hər şeydən öncə azarkeşlərimizə təşəkkür edirəm. Futbolun sayəsində mən bu gün gördüyünüz insan oldum. O, mənə çoxlu xoşbəxtlik gətirdi. Uşaqlıqda arzuladığım hər şeyə çatdığım üçün qürur duyuram”.
Qeyd edək ki, Argentina millisində 49 oyun keçirən Burdissonun son klubu “Torino” olub.
