Dünya Futbolu

Məşhur futbolçu karyerasını bitirəcəyi tarixi açıqladı

11.12.2015 , 06:46

Milan “İnter”inin sabiq futbolçusu Dieqo Milito karyerasını başa vuracağı tarixi açıqlayıb.

Korner.az-ın məlumatına görə, argentinalı forvard gələn il keçiriləcək Libertadores kubokundan sonra peşəkar futbolla vidalaşacağını deyib.

“Altı aydan sonra karyeramı başa vuracağam. Özümü Libertadores kubokuna hazırlayıram. Əlbəttə, ömür boyu məşğul olduğum işdən ayrılacağımı düşünmək çox acıdır. Zədə ucbatından mövsümöncəsi hazırlıqda iştirak edə bilmədim. Dizimdə mütəmadi ağrılar hiss edirdim. İki yolum var idi: cərrahiyyə əməliyyatı və ya futboldan getmək. Yaxınlarımın dəstəyi ilə vəziyyəti düzəldə bildim”, – deyə hazırda Argentinanın “Rasinq” klubunun şərəfini qoruyan 36 yaşlı Milito bildirib.

Son yazılar

Yuxarı