Türkiyə millisinin və "Qalatasaray"ın sabiq futbolçusu Fatih Akyel infarkt keçirib.
Korner.az-ın məlumatına görə, dərhal xəstəxanaya aparılan keçmiş futbolçu müşahidə altında saxlanılır və özünü normal hiss edir.
Qeyd edək ki, Fatih “Qalatasaray”la UEFA kubokunu, Türkiyə milli komandası ilə dünya 3-cülüyünü qazanıb.
