Məşhur futbolçu Bundesliqa klubuna gedir
22.08.2023 , 12:45

“Union” (Berlin) “Yuventus”dan ayrılan müdafiəçi Leonardo Bonuççini heyətinə qatmaq iostəyir.
Korner.az-ın məlumatına görə, Bundesliqa klubu 36 yaşlı futbolçu ilə yaxından maraqlanır. Təcrübəli müdafiəçi düşünmək üçün Almaniya klubundan bir neçə gün vaxt istəyib.
İtaliya millisinin də şərəfini qoruyan Bonuççi yaxın günlərdə qərarını açıqlayacaq.
