Məşhur braziliyalı futbolçu Romario şok açıqlamalar verib.
Korner.az-ın məlumatına görə, o, öz açıqlamalarında FİFA prezidenti Blatter və orada vəzifədə olan digər bir şəxs Valkeni hədəf alıb.
Romario açıqlamalarında bu fikirlərə yer verib: “Biz FİFA-da yaxşı heç nə gözləyə bilmərik. Çünki orada oğru Blatter və şantajçı Valke var. Onları dünya futbolunun nümayəndələri kimi qəbul etmirəm”.
