Rusiyalı boksçu Denis Boytsov başından ağır zədə alaraq xəstəxanaya yerləşdirilib.
Korner.az-ın məlumatına görə, boksçunu ağır vəziyyətdə Berlin metrosunun tunelindən tapıblar.
29 yaşlı idmançı beynindən ciddi zədə aldığına görə həkimlər onu süni komaya salmaq məcburiyyətində qalıblar.
Boksçunun belə duruma necə düşməsi ilə bağlı konkret versiya yoxdu. Ancaq ilkin ehtimallara görə, Denis sərxoş vəziyyətdə olub.
