Məşhur basketbolçu faciəvi şəkildə dünyasını dəyişdi
27.01.2020 , 00:48

Məşhur basketbolçu Kobe Braynt dünyasını dəyişib.
Korner.az xəbər verir ki, idmançı helikopter qəzasında vəfat edib. Hadisə Kaliforniyada baş verib.
“La Times”ın məlumatına görə, Kobe “Los-Anceles Leykers”in matçını izləməkdən qayıdırmış. O, arenada qızı Canna ilə birgə görünmüşdü. Ehtimallara görə, onun qızı da vəfat edənlərdən biridir.
41 yaşlı basketbolçu karyerasını 2016-cı ildə bitirmişdi.
