ABŞ-da yaşayan məşhur azərbaycanlı boksçu “Emil Baku” ağır xəstəliyə tutulub.
Korner.az-ın məlumatına görə, məşhur idmançı beyin şişi xəstəliyindən əziyyət çəkir.
Həmyerlimiz boks dünyasında kifayət qədər tanınan idmançılardan biri olub. Emil 90-cı illərdə ABŞ-da peşəkar idman karyerasını uğurla davam etdirib.
“Emil Baku” adı altında uğurlar qazanan həmyerlimiz indi beynində yaranan xərçənglə mübarizə aparır. Bunun öhdəsindən gəlməsi üçün dəstəyə ehtiyacı var.(baku.ws)
