Regional Futbol Federasiyasının prezidenti, keçmiş futbolçu İsgəndər Cavadovun oğlu Sübhan Cavadov dünyasını dəyişib.
Korner.az-ın məlumatına görə, o, Lənkəranda ezamiyyətdə olarkən ürək tutmasından ölüb.
Xatırladaq ki, mərhum AFFA-nın Marketinq Departamentində mütəxəssis vəzifəsində çalışırdı.