Topaz Premyer Liqasının X turunun təyinatları açıqlanıb.
Korner.az-ın məlumatına görə, sabah baş tutacaq II dövrənin ilk oyun gününün mərkəzi qarşılaşması Elvin Əsgərova tapşırılıb.
O, “Neftçi” ilə “İnter” arasında matçın baş hakimi olacaq. FİFA hakimlərimizdən isə yalnız Rəhim Həsənov təyinat alıb. “Zirə” – “Kəpəz” matçı ona həvalə olunub.
Topaz Premyer Liqası
X tur
28 oktyabr (çərşənbə)
17:00. “Xəzər Lənkəran” – “Sumqayıt”
Hakimlər: Ramil Diniyev, Azər Əsgərov, Cavanşir Yusifov, Mahir Məmmədov
AFFA nümayəndəsi: Şaiq Həmidov
Hakim-inspektor: Füzuli Nəcəfov
“Xəzər Lənkəran” mərkəzi stadionu
17:00. “Zirə” – “Kəpəz”
Hakimlər: Rəhim Həsənov, Zeynal Zeynalov, Kamran Bayramov, Nail Nağıyev
AFFA nümayəndəsi: Vaqif Davudov
Hakim-inspektor: Gülağa Cabarov
Zirə İdman Kompleksinin stadionu
17:00. “Qəbələ” – AZAL
Hakimlər: Rəvan Həmzəzadə, Mehman Mahmudov, Vaqif Musayev, Xəlil Xəlilov
AFFA nümayəndəsi: Abbas Hüseynov
Hakim-inspektor: Xaqani Məmmədov
Qəbələ şəhər stadionu
19:00. “Qarabağ” – “Rəvan”
Hakimlər: Ömər Paşayev, Namiq Hüseynov, Akif Əmirəli, Ziya Nəsirov
AFFA nümayəndəsi: Sakin Məmmədzadə
Hakim-inspektor: Vüsal Əliyev
Tofiq İsmayılov adına Suraxanı qəsəbə stadionu
19:00. “Neftçi” – “İnter”
Hakimlər: Elvin Əsgərov, Mübariz Haşımov, Rza Məmmədov, Ramil Əhmədov
AFFA nümayəndəsi: Ramiz Mustafayev
Hakim-inspektor: Əhmədağa Cabbarov
8-ci km qəsəbə stadionu
