“Qarabağ”ın Avroliqadakı rəqiblərini Tofiq Bəhramov adına Respublika stadionunda qəbul edəcəyi məlum olub.
Korner.az-ın məlumatına görə, tezliklə mərkəzi arenanın ot örtüyü dəyişdirilib əvvəlkindən daha keyfiyyətli vəziyyətdə istifadəyə veriləcək.
Bu barədə razılıq da əldə olunub. Belə ki, AFFA, Gənclər və İdman Nazirliyi və Respublika stadionunun rəhbərliyi arasında görüş keçirilib. Görüş zamanı qazonun dəyişdirilməsinə qərar verilib. 16 gün ərzində stadionun ot örtüyü yenisi ilə əvəz olunacaq.
