Mərhum futbolçunun heykəli hazırlanacaq
04.05.2019 , 12:31

“Alanyaspor” klubunun mərhum futbolçusu Josef Sural ilə bağlı daha örnək addım Alanya Bələdiyyəsindən gəlib.
Bələdiyyə prezidenti Adem Murat Yücel futbolçunun heykəlinin ucalağı bir parkın tikiləcəyini bildirib. Artıq bununla bağlı işlərə start verilib. Bundan başqa klub rəhbərliyi mərhum çexiyalı futbolçuya ödəniləcək olan maaşın hamısını birdəfəlik ailəsinə ödəyib.
Qeyd edək ki, “Alanyaspor” klubunu daşıyan mikroavtobusun qəzaya düşməsi nəticəsində 7 futbolçu xəsarət almış, çexiyalı futbolçu isə xəstəxanada dünyasını dəyişmişdi.
