Futbol

“Məqsədimiz qrupa vəsiqə qazanmaqdır” – “Legiya”nın baş məşqçisi

25.09.2020 , 10:56

“Pley-offa daha yaxşı hazırlaşmalıyıq. “Qarabağ”ı diqqətlə öyrənməliyik. Düşünürəm ki, bazar günü rəqibimiz barədə hazır material əldə edəcəyik”.

Korner.az-ın məlumatına görə, bu sözləri “Legiya”nın baş məşqçisi Çeslav Mixneviç Avropa Liqasının 3-cü təsnifat mərhələsində Kosovo “Drita”sını məğlub etdikləri oyundan (2:0) sonra deyib.

O, daha sonra sözlərinə belə davam edib:

Məqsədimiz qrupa vəsiqə qazanmaqdır. Polşa çempionatındakı görüşümüzün təxirə salınması “Qarabağ”la matça hazırlaşmaq baxımından bizə əlavə vaxt qazandırdı. Bundan da maksimum yararlanacağıq. Nəticə ya xeyrimizə işləyəcək, ya da yolunda olmayan nələrinsə olduğunu ortaya çıxaracaq”.

Qeyd edək ki, “Legiya” – “Qarabağ” oyunu oktyabrın 1-də Polşanın paytaxtı Varşavada keçiriləcək. Qalib gələn komanda Avroliqanın qrup mərhələsinə yüksələcək.

Son yazılar

Yuxarı