“Dinamo” ilə oyunda rəqibdən daha yaxşı təsir bağışladıq. Topa daha çox biz nəzarət edirdik və hücumlarımız kəsərli alınırdı”.
Korner.az-ın məlumatına görə, bu sözləri "Neftçi" klubunun kapitanı Rail Məlikov Buxarest "Dinamo"su ilə yoxlama oyunundan sonra deyib.
Müdafiəçi qalib gəldikləri (2:0) görüş haqda klubun rəsmi saytına danışıb:
"Qələbə hər zaman komandadakı abu-havaya müsbət təsir göstərir. Məqsədimiz odur ki, “Zestafoni” səddini keçib azarkeşlərimizi sevindirək”.
