“Məqsədimiz 3 xal qazanaraq, azarkeşləri sevindirməkdir”
16.06.2023 , 11:56

“Karyera baxımından ağır mövsüm keçirdim. Geridə qalan mövsümün ikinci dövrəsində bir qədər toparlandım”.
Korner.az xəbər verir ki, bu sözləri Azərbaycan millisinin futbolçusu Mahir Emreli Estoniyaya qarşı keçiriləcək Avro-2024-ün seçmə mərhələ oyunu öncəsi mətbuat konfransında deyib.
26 yaşlı hücumçu görüşdə 3 xal qazanmaq istədiklərini bildirib: “Son görüşdəki nəticədən sonra bura daha yaxşı əhval-ruhiyyədə gəldim. Klubda nə baş verməsindən asılı olmayaraq, milliyə yüksək ab-havada gəlməlisən. Komandamın sabah uğurlu çıxışı üçün əlimdən gələni edəcəyəm. Məqsədimiz 3 xal qazanaraq, azarkeşləri sevindirməkdir”.
Qeyd edək ki, iyunun 17-də keçiriləcək Azərbaycan – Estoniya matçı saat 20:00-da başlayacaq.
