Türkiyənin Antalya şəhərindəki təlim-məşq toplanışı davam etdirən "Xəzər Lənkəran"ın dünənki məşqini klubunun prezidenti Mais Mənsimov və vitse-prezident Tuyqun Nadirov da izləyib.
Korner.az-ın məlumatına görə, əlverişsiz hava şəraitinə baxmayaraq klub rəhbərliyi "ağ-yaşıllar"ın məşq prosesini sona kimi izləyib.
İsinmə hərəkətlərinin ardından müxtəlif çalışmalarla davam edən hazırlıq prosesi ikitərəfli oyunla yekunlaşıb.
