Premyer Liqanın qış fasiləsində Antaliyada təlim-məşq toplantısı keçən “Xəzər Lənkəran” hazırlıqlarını davam etdirir.
Korner.az-ın12cioyuncu.info-ya istinadən verdiyi məlumata görə, dünən axşam klub prezidenti Mais Mənsimov baş məşqçi Mustafa Dənizli ilə görüşüb.
Dənizli toplantının ilk həftəsi çərçivəsində görülən işlər barədə Mənsimova məlumat verib. Toplantının gedişi ilə bağlı bəzi məsələləri diqqətə çatdıran klub prezidenti transfer çalışmalarını sürətləndirərək qısa müddətdə bitirməyi tələb edib.
