Xəbər verdiyimiz kimi "Xəzər Lənkəran"ın idman direktoru Babək Quliyev gözlənilmədən istefa verib.
Lakin onun istefasının qəbul olunub-olunmayacağı məlum deyil.
Klubun mətbuat xidmətinin rəhbəri Hüseyn Cəbrayıloğlu Korner.az-a bildirib ki, klub prezidenti Mais Mənsimovun bu istefanı qəbul edib-etməyəcəyi bilinmir. Baxmayaraq ki, Quliyev istefa ərizəsi ilə rəhbərliyə müraciət edib.