Almaniyada təlim-məşq toplanışında olan “Xəzər Lənkəran” hazırlıqlarını davam etdiri.
Korner.az-ın əldə etdiyi məlumata görə, "ağ-yaşıllar"ın prezidenti Mais Mənsimov da komandanı yalnız qoymayaraq sabah Almaniyaya yollanacaq. Mənsimov Avropa Liqasına hazırlıqları davam etdirən klubun məşqini izləyəcək.
Bundan əlavə klubun mətbuat xidmətindən əldə etdiyimiz məlumata görə, "Xəzər Lənkəran" daha çox hücum xəttindəki problemləri həll etməyə çalışır. Belə ki, Cənub klubu Pərdis Fərcad Azad, Junior Nildo transferlərinin ardından daha bir forvard almaq niyyətindədi.