"Xəzər Lənkəran"ın sabiq baş məşqçisi Cüneyt Biçər Korner.az saytına müsahibə verib
-Son turda "Xəzər Lənkəran" "Qarabağ"la qarşılaşacaq. Sabiq komandanızın şanslarını necə dəyərləndirərdiz?
Bu çempionatın son oyunudu. Komanda bu oyunda ən azından məğlub olamamalıdı. Bura kimi gələn "Xəzər Lənkəran"ın öz meydanında belə bir şansı əldən verəcəyini düşünmürəm. "Xəzər Lənkəran"ın avrokuboklara getmək şansı çox yüksəkdir.
-"İnter" – "Bakı" oyunundan nə gözləyirsiz? Bu oyununda nəticəsi önəmlidi…
Bu oyunun nəticəsi o zaman önəmli olacaq ki, "Xəzər Lənkəran" evdə məğlub olsun. Fikirimcə bu oyuna bağlı nəsə yoxdu. Hər şey "Xəzər Lənkəran"ın öz əlindədi. Oyna, qazan, Avropaya get.
-Sizin çalışdırdığınız komanda ilə Yunis Hüseynovun rəhbərlik etdiyi klub arasında nə kimi fərq var?
Onu bizim deməmiz düzgün deyil. Məndən sonra gələn məşqçinin komandası da, mübarizə aparır və inanıram ki istəklərinə sonda yetəcəklər. Lakin yadımdadı Yunis bəy komandanın fiziki durumundan şikayət edərdi. Yenə deyirəm mənim qoyduğum komandanın heç bir problemi yox idi və sonucda da, çempionatın ikinci pilləsindədilər.
-İki vəsiqə uğurununda üç komanda vuruşur. Sizin fikirinizcə hansı klub Azərbaycanı Avropada daha yaxşı təmsil edər?
Onu indi demək düzgün olmaz. Bunu Avropada komandaların oyunalarından sonra bilmək olar.
-Premyer Liqada hansı klubun oyunu sizin xoşunuza gəlir?
Birinci "altılığ" komandalarının hamısı biri-birinə yaxın oyun oynayır. Mənim çalışdırdığım vaxtda, "Xəzər Lənkəran"ın oyunu daha çox xoşuma gəlirdi.
Səxavət QURBANOV