Topaz
Premyer Liqasının XIX turunda “Kəpəz” səfərdə “Neftçi” ilə 0:0 hesablı heç-heçə
edib.
Korner.az-ın
məlumatına görə, oyundan sonra paytaxt təmsilçisinin baş məşqçisi oyunla bağlı
fikirlərini bildirib:
“Çətin
olacağını bilirdik. “Kəpəz”dən belə oyun gözləyirdik. Onlara xal daha çox lazım
idi. Yaxşı oynadıq, qol vura bilmədik. 90 dəqiqə təzyiq etdik, təəssüflər olsun
ki, fərqlənə bilmədik”.
–
Namiq Ələsgərovun oyunu necə təsir bağışladı?
–
Namiq ilk hissədə istədiyi kimi oynamadı, ikinci hissədə isə yaxşı oldu. Fasilədə
isə bəzi tapşırıqlar verdim. Rəhmandan daha yaxşı oyun gözləyirdim. Ötən tur
oynadığımız heyəti dəyişməmişdim.
–
Getdikcə “Neftçi”də məhsuldarlıq daha da azalır…
– Məni
sevindirən odur ki, qol buraxmırıq. Qol vurulanda stadionda mahnımız səslənir.
Mən istərdim ki, o mahnını azarkeşlərimiz tez-tez dinləsin. Yəni, çoxlu qollar
vuraq.
(futbol11.az)
