Bu gün Gəncədə “Şuşa”nı qəbul edəcək “Tərəqqi” artıq oyun saatını gözləyir. Korner.az-ın məlumatına görə, komandanın baş məşqçisi Vasif Vəliyev pfckapaz.com-a açıqlamasında oyun haqda fikirlərini bölüşüb: "Oyuna normal şəkildə hazırlaşmışıq. Heç bir problemimiz yoxdur. Ötən tur meydana çıxmadığımızdan hazırlaşmaq üçün daha çox vaxtımız olub. Bundan yararlanmışıq.”
Biz hər oyuna qələbə əzmi ilə çıxırıq. Birinci dərəcəli məqsədimiz oyundan 3 xalla ayrılmaqdır. Azarkeşlərimizi sevindirmək istəyirik. Cəzalı futbolçumuz olmasa da, zədəlilərimiz var. Məni narahat edən də məhz budur. Düşünürəm ki, onların əvəzinə meydana buraxacağım futbolçular üzərlərinə düşən işin öhdəsindən layiqincə gələ biləcəklər. Buna ümid edirəm”.
