“Son dəqiqələrdə qol buraxmağımız mənə pis təsir elədi. Ümumilikdə götürsək maraqlı, baxımlı oyun alındı”.
Korner.az-ın məlumatına görə, bu sözləri “Neftçi” ilə oyundan sonra “Sumqayıt”ın baş məşqçisi Aqil Məmmədov deyib.
Məmmədov qol epizodlarını dəyərləndirə bilmədiklərini qeyd edib:
“Məndən başqa heç kim bizim oyundan narazı qala bilməz. Çatışmayan cəhət odur ki, qol imkanlarını tam dəyərləndirə bilmədik. Açığı, etdiyim əvəzetmələr uğurlu alınmadı. Meydançaya çıxan futbolçular gücümüzə güc qata bilmədilər”.
