“Mən Zlatan planetindən gəlmişəm” – İbrahimoviç
23.11.2018 , 12:47

“Los-Anceles Qalaksi”nin futbolçusu Zlatan İbrahimoviç növbəti maraqlı açıqlaması ilə diqqət çəkib.
İsveçli hücumçu “BBC”yə açıqlamasında özünün şəxsi planetinin olduğunu deyib:
“Mən şəxsi platenimdən gəlmişəm. Əvvəllər insanlar mənə fərqli baxırdılar, mən özümü yaxşı hiss etmirdim.İndi isə mənə ibadət edirlər. Mən Zlatan planetindən gəlmişəm”.
Qeyd edək ki, 37 yaşlı futbolçunun ABŞ klubunu “Milan”a dəyişəcəyi gözlənilir.
