“Mən və komanda yoldaşlarım buna inanırıq”
30.03.2023 , 20:42

“Səbail”in futbolçusu Ağabala Ramazanov klubun mətbuat xidmətinə açıqlama verib.
Korner.az xəbər verir ki, o, Misli Premyer Liqasının 28-ci turunda “Kəpəz”ə qarşı keçirəcəkləri matç barədə danışıb:
“Ölkə çempionatında milli komandaların oyunları ilə əlaqədar olaraq fasilə yarandı. Biz də bu fasilədən istifadə edərərək çatışmayan cəhətlərimizin üzərində çalışdıq. “Kəpəz” oyunu öncəsi məşqlərimizə yüksək əhvali-ruhiyyə ilə davam edirik. Bizi qarşıda çətin səfər oyunu gözlədiyini bilirik. Amma Gəncəyə qələbə qazanmaq üçün gedirik. Mən və komanda yoldaşlarım buna inanırıq”.
Qeyd edək ki, sabah keçiriləcək “Kəpəz” – “Səbail” görüşü saat 15:30-da başlayacaq.
