Rusiyanın "Kuban" klubunun futbolçusu Aras Özbiliz Ermənistanda qatıldığı televiziya verilişlərindən birində milliyəti ilə bağlı açıqlamalar verib.
Korner.az-ın məlumatına görə, Özbiliz Türkiyədə anadan olmasına baxmayaraq erməni oluğunu bildirib:
"Mən türk deyiləm, erməniyəm. Sadəcə Türkiyədə anadan olmuşam. Hollandiyada isə böyümüşəm və orada da yaşayıram".
“Ayaks”ın yetirməsi olan Aras Türkiyə, yoxsa Ermənistan milliləri üzərində seçim edərkən ikincinin üzərində dayanıb
