“Ruslan Abışov? Mən onu tanımıram. Harada oynayır? Nəinki “Neftçi”, digər klublarınızın da futbolçusunu tanımıram”. Korner.az-ın məlumatına görə, bu sözləri Türkiyənin “Antalyaspor” klubunun baş məşqçisi Mehmet Özdilek deyib.
Türkiyəli mütəxəssis “Neftçi” klubunun müdafiəçisi Ruslan Abışovun rəhbərlik etdiyi komandaya keçidi haqda yayılan şayiələrə münasibət bildirib (Sport Favorit).
“Şifo Mehmet” kimi tanınmış mütəxəssis bu adda futbolçu tanımadığını açıqlayıb: “Ruslanın adını ilk dəfə sizdən eşidirəm. Menecerlər onun haqda mənə məlumat verməyib. Hazırda Türkiyənin özündən bir çox futbolçularla danışıqlar aparıram. Legionerlərlə də maraqlanıram. Yaxın vaxtlarda Azərbaycandan futbolçu almağa hazırlaşmırıq”.
Xatırladaq ki, “Neftçi” ilə müqaviləsi başa çatan Ruslan Abışovun yaxın günlərdə “Antalyaspor”la müqavilə bağlayacağı barədə xəbərlər dolaşıb.
