La Liqanın 30-cu turunda keçirilən “Vilyareal” – “Barselona” oyununda Kataloniya klubunun hücumçusu Lionel Messinin zərbəsindən sonra əli biləyi qırılan Raquel Tajuelo açıqlama verib.
Korner.az-ın məlumatına görə, o, Messini bəyənmədiyini bildirib:
“Mən madridliyəm və “Real” azarkeşiyəm. Messini onsuz da bəyənmirdim, indi onu heç sevmirəm. Amma madridli olduğumu nəzərə alıb, ondan “Barselona” – “Real” oyunu üçün bilet istəyəcəm”.
