“Xeyli
qol imkanlarımız oldu, təəssüflər olsun ki, cəmi birindən yararlana bildik. Buna
baxmayaraq ən önəmlisi nəticə idi”.
Bu sözləri Korner.az-a açıqlamasında “Xəzər
Lənkəran”ın futbolçusu Rasim Ramaldanov deyib. Komandada yeni futbolçuların
olduğunu xatırladan Rasim, adaptasiya üçün vaxta ehtiyac duyulduğunu bildirdi:
“Bir
az vaxta ehtiyacımız var. Daha da yaxşı oynaya bilərdik, ancaq dediyim kimi,
adaptasiya problemi yaşayırıq. Mən Rasim Ramaldanov olaraq deyirəm ki, “Makkabi”
ilə oyunda daha yaxşı oynayacağıq”.
