“Mən kim olduğumu, nələr etdiyimi yaxşı bilirəm” – Messi
18.10.2019 , 17:58

“Barselona”nın futbolçusu Lionel Messi maraqlı açıqlama verib.
Korner.az xəbər verir ki, futbolçu özünü tərifləməyi xoşlamadığını deyib:
“Mən Kriştiano Ronaldo və Zlatan İbrahimoviç kimi qazandığım uğurlardan danışmıram, insanların mənim haqqımda danışmalarını üstün tuturam. Mən kim olduğumu, nələr etdiyimi və nələr edəcəyimi yaxşı bilirəm, ancaq bunu özümə saxlayıram. İnsanlar mənim haqqımda öz sözlərini deyə bilərlər. Özüm haqda yox, komandam haqda danışmağı sevirəm”.
