“Fiziki durumumdan razıyam. Məşqçim mənim üçün xüsusi əla proqram tərtib edib”.
Korner.az-ın məlumatına görə, bu sözləri “Mançester Yunayted”in hücumçusu Zlatan İbrahimoviç klubun rəsmi saytına bildirib.
O deyib ki, məşqçisi onu fiziki tərəfdən Premyer Liqanın oyunlarına uyğunlaşdıra bilib: “Ümumiyyətlə, fiziki durumum yaxşıdır. Ona görə də belə uzun müddətə oynaya bilirəm. Mənim qeyri-adi bədənim var. Mən heyvan kimiyəm. Həmişə hərəkətdə ola və yaxşı görsənə bilərəm”.
