İngiltərə Premyer Liqasında mübarizə aparan “Mançester Yunayted” klubunun baş məşqçisi Joze Mourinyo maraqlı açıqlamalar verib.
Korner.az-ın məlumatına görə, “Mançester Yunayted” klubunda keçirdiyi 6 aylıq müddət haqqında danışan portuqaliyalı mütəxəssis burada da kuboklar qazanmaq istədiyini bildirib:
“Porto” ilə Çempionlar liqasını qazanmaq tarixə keçmək deməkdir. “Çelsi” ilə 50 il sonra çempion olmaq tarixə keçmək deməkdir. “İnter” ilə bir mövsümdə 3 kubok qazanmaq tarixə keçmək deməkdir. “Real”da (Madrid) kuboksuz keçən illərdən sonra qazanmaq tarixə keçmək deməkdir. Premyer Liqaya qayıdaraq “Çelsi” ilə yenidən qazanmaq tarixə keçmək deməkdir. Karyeram çox zəngin, gözəldir, lakin böyük bir problemim var, hər zaman yenisini istəyirəm”.
Təcrübəli baş məşqçi son dönəmlər Çin klublarının reallaşdırdığı transferlər haqqında da danışıb: “Çin klublarına keçən futbolçuları tənqid etmirəm, amma dəstəkləmirəm də. Heç kimi Çinə getdiyinə görə tənqid edə bilmərəm. Bu onların seçimidir, onların həyatıdır. Onu deyə bilərəm ki, mən daha üst səviyyədə olan liqalarda çalışmaq istəyirəm. Qarşımda uzun bir yol var və hər zaman yaxşı olmalıyam. Mən həqiqi futbolun olduğu yerdə olmaq istəyirəm”.
