“Mən “Real”da olduğum müddətdə İker Kasilyas oynamayacaq. Dieqo Lopez mənim daha çox xoşuma gəlir və mənim seçmə haqqım var”.
Korner.az-ın məlumatına görə, bu sözləri Madrid “Real”ının baş məşqçisi Joze Mourinyo deyib.
“Kral” klubunun portuqaliyalı mütəxəssisi Kasilyası oynatmayacağını belə əsaslandırıb:
“Əgər mənim seçim haqqım varsa o zaman Lopez oynayacaq. Bu, Kasilyasın “Pelleqrini mənim daha çox xoşuma gəlir” deməsi kimi bir şeydi. Mən “Real”ın baş məşqçisi olduğum müddətdə Kasilyas oynamayacaq. Hər şey öz qaydasında gedərkən hər zaman qapıda Dieqo Lopezi görəcəksiniz”.