big boobs kissing touching figure big tited hot office bregette porns bbcpie big black dick pours multiple creampies into tiny blonde indian aunties outdoors hydden caught sexy hot picture download desi sex video sexy among us domination milky cumsplosion with inflation blast
Futbol

“Mən bilən, Prosineçki Azərbaycana əlində sehirli çubuqla gəlməmişdi” – SORĞU

28.03.2015 , 07:40

Bu gün AVRO 2016-nın seçmə mərhələsinin qrup oyunları çərçivəsində Azərbaycan millisi Malta ilə qarşılaşacaq. Daha əvvəl qrupda 4 görüş keçirən, hamısında meydanı başıaşağı tərk edən və nəticədə sonuncu pillədə "sürünən" yığmamızın axşamkı oyunda 3 xal alması inandırıcı görünür. Çünki İtaliya, Xorvatiya, Bolqarıstan və Norveç kimi komandalara gücü çatmayan futbolçularlmızın maltalılara qalib gəlməkdən başqa çarəsi yoxdu. Millimizi baş məşqçi postunda ilk rəsmi görüşə çıxaracaq olan Robert Prosineçkinin bu işin öhtəsindən gəlib-gəlməyəcəyi isə maraq doğuran məqamlardandı. Bəs görəsən axşamkı görüşdə qeydə alınacaq nəticə Azərbaycanın əsl gücünün göstəricisi olacaqmı?  Korner.az bununla bağlı Azərbaycanın bəzi idman jurnalistləri arasında sorğu keçirdi.


(Rekord.az) Kənan Məstəliyev: "Məncə, Malta ilə oyundakı qələbə millimizin əsl gücünü ortaya qoymayacaq. Belə rəqiblə bu mümkün deyil. Matç bizə Prosinekinin bizdən – daha doğrusu, millimizdən nə istədiyini, hansı oyun tərzini, fəlsəfəsini yeridəcəyini az-çox təsəvvür etmək imkanı verəcək. Nəticəyə gəlincə, qələbə qazanacağıq. Bu barədə nikbinəm".


(Komanda.az) Rəşad Ergün: "Sabahkı oyunda Azərbaycan millisi qələbə qazana bilər, amma çox da əmin deyiləm. Yeri gəlmişkən, bunu sabah mütləq etmək lazımdı ki, növbəti tsikllərdə Malta ilə bir daha üz-üzə gəlsək, artıq onlar da bizim üçün gücümüz çatmayan rəqibə çevriləcək. Özümüzə ağlımız getməsin, bizdən başqa bütün komandalar inkişaf edir. Malta ilə oyun niyə millimizin gücünü niyə göstərməlidi ki? Məyər Azərbaycan millisinin gücü məlum deyil? Sadəcə, bu oyun Robert Prosineçkinin Azərbaycan publikası ilə tanışlığı olacaq. Baxacağıq, hansı tərz futbola üstünlük verməyə çalışdığını görəcəyik. Yoxsa bu millidə forma geyinənlərin nəyə qadir olduğunu hər kəs bilir. Mən bilən, Prosineçki Azərbaycana əlində sehirli çubuqla gəlməmişdi."


(Sportinfo.az) İlkin Vaqifoğlu: "Gözləntim ancaq qələbədi. İstədiyim də budu. Mən Prosineçkiyə çox inanıram. Səviyyəli bir məşqçi kimi tanıyıram oniu. Deyib ki, hücum futbolu oynadacaq. Biz 7 ildi ancaq bunu gözləyirik. Malta sürpriz edə bilən komandadı. Məncə, onları ciddiyə almaq lazımdı. Qazanılacaq istənilən nəticə istənilən halda hələ heç nə deməyəcək. Çünki məşqçi təzə gəlib, ona minimum 1 il vaxt vermək gərəkdiyini düşünürəm".


(Fanat.az) Əli Sahib: "Malta ilə oyun barədə onu deyə bilərəm ki, qələbə millimizin boynunun borcudu. Ümumiyyətlə, rəqibin kim olmasından və yaxud zəif  və güclü olmasından aslı olmayaraq komandamız ev sahibi kimi oynamağı bilməlidir. Burda həm baş məşqçi rəqibi düzgün analiz edib ona qarşı düzgün taktika seçməlidi, həm də futbolçularımız əzmkarlıq göstərməlidi. Bu vəhdət olmasa heç bir qələbədən, uğurdan, sərfəli nətisədən söhbət gedə bilməz. Düşünmürəm ki, Malta ilə oyun millimizin əsl gücünü göstərsin. Amma, azarkeşlərin milli ilə barışığına səbəb ola biləcək oyun ola bilər. Millimiz qalib gələ bilər, amma sərgilədiyi oyun necə olacaq bilmirəm. Odur ki, futbolçularımız qələbə ilə yanaşı gözəl oyun, baxımlı futbol göstərməlidir. Azarkeşlərdə inam hissi yaratmalıdır. Bu həm də Prosineçkiyə də aiddi. Millimizi gücü göz önündədi. Nə şişirtmək lazımdı, nə də kiçiltmək. Yetər ki, məşqçi işi görək".

 

Hidayət Qurbanov

 

 

 

 

 

Son yazılar

To Top