Almaniyalı hücumçu Miroslav Kloze ona “Latsio” tərəfindən yeni – 2 ilik müqavilə təklif olunması haqda bu klubun idman direktoru İqli Tarenin fikirlərini təkzib edib.
Korner.az-ın məlumatına görə, o bildirib: “Bu məsələni müzakirə etməyə məna görmürəm. Qısa bir faktı açıqlayım və bu söhbət bağlansın: “Latsio” nə mənə, nə də mənim agentimə hansısa təklif irəli sürüb”.
Klozenin Roma təmsilçi ilə müqaviləsi bu mövsümün sonu başa çatır.
