“Roma”nın futbolçusu Jervinyo Avropa Liqası 1/16 final mərhələsi çərçivəsində keçirilən “Feyenord”la oyunda xoşagəlməz hadisə ilə rastlaşıb.
Korner.az-ın məlumatına görə, holland azarkeşlər hücumçuya banan atıb. Bu haqda “BeinSport”a danışan Jervinyo bunları deyib:
“Belə bir şey görülməyib. Sadəcə vəhşilikdi. Ümid edirəm ki, mənə banan atanları tapıb cəzalandıracaqlar”
