Məmmədyarovdan səhhəti ilə bağlı açıqlama
03.02.2020 , 19:23

Azərbaycan millisinin qrossmeysteri Şəhriyar Məmmədyarov Cəbəllütariqdə keçirilən “Gibraltar Masters” turnirində mübarizəni səhhətində yaranan problemə görə dayandırıb.
Korner.az xəbər verir ki, Şəhriyar bununla bağlı “Feysbuk” hesabında paylaşım edib:
“Təəssüflər olsun ki, Cəbəllütariqdə allergik xəstəlik keçirdim. Bu səbəbdən yarışı yarıda buraxmaq məcburiyyətində qaldım. Təşkilatçılara minnətdaram. Artıq buranı tərk etmək vaxtıdı. Yenidən geri qayıtmaq ümidi ilə”.
