Məmmədyarovdan 2 heç-heçə, 1 məğlubiyyət
09.07.2021 , 10:56

“Grand Chess Tour” şahmat seriyasının üçüncü mərhələsinin – Zaqrebdə keçirilən “Croatia Grand Chess Tour”da növbəti turun partiyaları oynanılıb.
Şəhriyar Məmmədyarov növbəti qarşılaşmalarda ağ fiqurlarla keçmiş dünya çempionu, hindistanlı Vişvanatan Anand, qara fiqurlarla rusiyalı Aleksandr Qrişukla heç-heçə edib. Günün sonuncu görüşündə isə şahmatçımız Polşa təmsilçisi Yan-Kşiştov Dudaya məğlub olub.
6 turdan sonra Məmmədyarov 5 xalla 7-ci pillədə qərarlaşıb.
Şəhriyar Məmmədyarov seriyanın birinci yarışı “Superbet Chess Classic Romania”nın qalibi olub.
