Məmmədyarov Predke ilə üz-üzə
03.03.2022 , 17:45

Azərbaycan şahmatçısı Şəhriyar Məmmədyarov bu gün Serbiyanın paytaxtı Belqradda təşkil olunan FİDE qran-prisində növbəti görüşünü keçirəcək.
Korner.az xəbər verir ki, “Şah” D qrupundakı üçüncü qarşılaşmasında rusiyalı Aleksandr Predke ilə üz-üzə gələcək.
Qarşılaşma Bakı vaxtı ilə saat 18:00-da start götürəcək.
Qalib şahmatçı 13 xal, finalçı 10 xal, yarımfinalda uduzanlar 7 xal, qruplarda 2-ci yerin sahibləri 4 xal, 3-cü pilləni tutanlar 2 xal alacaqlar. Qrup sonuncularına isə xal verilməyəcək.
FİDE qran-prisinin 2-ci mərhələsinə martın 14-də yekun vurulacaq. Turnirin ümumi mükafat fondu 150 000 avrodur.
