Məmmədyarov irəli, Rəcəbov geri
01.07.2022 , 11:11

Beynəlxalq Şahmat Federasiyası (FIDE) yeni reytinq siyahısını açıqlayıb.
Korner.az xəbər verir ki, ilk “10-luq”da Azərbaycanın heç bir təmsilçisi yer almayıb.
Şəhriyar Məmmədyarov 2759 xalla 2 pillə irəliləyərək 12-ci sırada qərarlaşıb. İddiaçılar Turnirində iştirak edən Teymur Rəcəbov isə 5 pillə geriləyib. O, 2738 xalla 18-ci sırada yer alıb. Rəcəbov bundan əvvəlki siyahıda 13-cü idi.
