Digər idman növləri

Məmmədyarov 8-ci oldu

29.12.2021 , 17:37

Polşanın paytaxtı Varşavada keçirilən şahmatən rapid növü üzrə keçirilən dünya çempionatına yekun vurulub.

Korner.az xəbər verir ki, yarışda Azərbaycanın 12 qrossmeysteri mübarizə aparıb.

Kişilərin arasında Şəhriyar Məmmədyarov, Rauf Məmmədov, Vasif Durarbəyli, Vüqar Əsədli, Məhəmməd Muradlı, Aydın Süleymanlı və Xəzər Babazadə yarışıb. Onlardan ən yaxşı nəticəni Məmmədyarov göstərərək 9 xalla səkkizinci olub.

Qadınlardan isə dünya çempionatında Zeynəb Məmmədyarova, Xanım Balacayeva, Gövhər Beydullayeva, Gülnar Məmmədova və Türkan Məmmədyarova mübarizə aparıb. Xanımlardan ən yaxşı nəticəyə 7,5 xalla 12-ci olan G.Məmmədova imza atıb.

Son yazılar

Yuxarı