Topaz Premyer Liqanın 24-cü turunda "İnter" – "Neftçi" oyunundan sonra dava düşüb.
Korner.az-ın məlumatına görə, buna səbəb "bankirlər"in futbolçusu Asif Məmmədovun "ağ-qaralar"ın qapıçısı Saşa Stamenkoviçə ana söyüşü söyməsi olub. Bundan sonra iki futbolçu arasında münaqişə yaşanıb. Futbolçuların və məşqçilərin sayəsində ara sakitləşdirilib.
