Məmmədov Braziliyanın oyununu idarə edəcək
20.11.2019 , 20:33

Çimərlik futbolu üzrə FIFA referisi İnqilab Məmmədov noyabrın 21-dən dekabrın 14-dək Paraqvayda keçiriləcək dünya çempionatının final mərhələsinin oyunlarına təyinat alıb.
Korner.az xəbər verir ki, noyabrın 22-də keçiriləcək Braziliya – Oman görüşünün hakimi Məmmədov olacaq.
