Cüdo

Məmmədəli Mehdiyev Almaniyada qızıl medal qazandı

25.02.2019 , 14:09

Düsseldorf şəhərində cüdo üzrə “Böyük Dəbilqə” yarışının ikinci günü keçirilib.

Turnirdə milli komandamızın 3 üzvü medala layiq görülüb. Məmmədəli Mehdiyev (-90 kq) kişilərin mübarizəsində bütün rəqiblərinə qalib gələrək turniri qızıl medalla başa vurub.

Cüdoçumuz İsrail, Çin, Dominikan, Kuba, Serbiya və Yaponiya təmsilçilərini məğlub edərək fəxri kürsünün ən yüksək pilləsinə yüksəlib. Milli komandamızın iki üzvü Zelim Kotsoyev (-100 kq) və İrina Kindzerska (+78 kq) isə bürünc medalla təltif olunub.

Qeyd edək ki, Almaniyada baş tutan “Böyük Dəbilqə” turnirində 93 ölkədən 605 cüdoçu mübarizə aparıb. Azərbaycan bu görkəmli yarışda 15 idmançı ilə təmsil olunub.

Son yazılar

Yuxarı